Bu dəfə ən yüksək balı onlar topladı

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

“Qafqazinfo”nun məlumatına görə, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb.

Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt