“Gördüm ki, qadın yerdə uzanıb…” – Klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı – VİDEO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Yasamalda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.

Mecra.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, şübhəli V.Kərimov hadisədən sonra qonuşlarından kömək istəyib:

“Dedi ki, ay Müşfiq yoldaşımı vurmuşam, kömək edin. Qaçdıq getdik ora, gördüm ki, qadın maşınlarının yanında uzanıb. Hüquq-mühafizə orqanları gələndən sonra məlum oldu ki, maşının arxasında tüfəng olub”.

Yasamal Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayaraq bildirib ki, 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ətraflı “Baku TV”nin videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt