Sabunçuda ağır qəza – Ata öldü, oğlu yaralandı

XƏBƏR XƏTTİ
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•

Paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Mecra.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Rizvan Abasovun idarə etdiyi “Kia Rio” və 1993-cü il təvəllüdlü Təbriz Baxışzadənin sürdüyü “Skoda Rapid” markalı avtomobillər toqquşub. Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb, avtomobildə sərnişin olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu isə ağır xəsarətlər alıb.

Həmçinin “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər – 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt