Lənkəranda arvadını öldürmək istəyən kişiyə hökm oxundu

XƏBƏR XƏTTİ
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•

Lənkəranda arvadını qəsdən öldürməyə cəhddə təqsirləndirilən 49 yaşlı Etibar Nəhmətova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 29.120.2.2-ci və  29.120.2.4-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə E.Nəhmətov 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu ilin 6 fevralında rayonun Şilavar kəndində baş verib. E.Nəhmətov həmin vaxt həyat yoldaşı 1978-ci il təvəllüdlü Təranəyə uşaqların gözü qarşısında çoxsaylı bıçaq zərbələri endirərək qəsdən həyatdan məhrum etməyə cəhd edib.

Xəstəxanaya çatdırılan qadının həyatı xilas edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt