“Ermənistan başlanğıcda Zəngəzur dəhlizinə qarşı çıxsa da…” – Ərdoğan

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•

“Bizim Azərbaycan ilə hüququmuz digər ölkələr arasındakı münasibətlərdən fərqlidir”.

Mecra.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən yerli jurnalislərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla sadəcə dostluq deyil, qardaşlıq bağlı ilə bir-birinə bağlıdır:

“İki dövlət, bir millət” devizi sözdə deyilmiş bir kəlam deyil. Dərin mənaları var. Bunu tarixboyu dəfələrlə sübut etmişik. Dolaysıyla bu bölgədəki hadisələrə kənardan baxa bilmərik. Cənubi Qafqazda sülh hər kəsə qazandırar. Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqları da diplomatik çərçivəni tamamlayıb”.

Zəngəzur dəhlizindən də söz açan Türkiyə lideri bildirib ki, Ermənistan başlanğıcda Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir:

“Bu bölgənin inkişafı sadəcə, Azərbaycan üçün deyil, bizim üçün də, İran və digər ölkələr üçün də bir fürsətdir”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt