Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysi açılır – Bilet qiymətləri

XƏBƏR XƏTTİ
Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Mecra.az xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.

Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində 14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.90 manat təşkil edir.

Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt