Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır – FOTOLAR

XƏBƏR XƏTTİ
Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•

Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqat işləri aparılır.

Tədqiqat işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri, t.e.d Vəfa Mahmudova tərəfindən aparılır.

Biz də “Muğan Tarixçilər Birliyi”nin əməkdaşları olaraq saat 06:00-da ərazidə olduq, qazıntı işlərinin gedişi ilə maraqlandıq. Ekspedisiyasının rəhbəri Vəfa Mahmudovanın sözlərinə görə qədim yaşayış məskəni olan abidə 9 min əvvələ aid edilir. Bu il abidədən təsərrüfat quyuları, saxsı qurutmaq üçün daha bir tumba, divar qalıqları, müxtəlif təyinatlı artefaktlar aşkar olunmuşdur. Artefaktlar içərisində təyinatı müəyyən olunmamış bir neçə ədəd qiymətli əşyalar da vardır.

Qeyd edək ki, əvvəllər burada neolit dövrünə aid saxsıdan, sümükdən və dəvəgözü daşından hazırlanmış çoxsaylı məişət, bəzək əşyaları üzə çıxıb. Eləcə də, bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkar edilib.

Məlumat üçün bildirək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt