Sabahın havası AÇIQLANDI

XƏBƏR XƏTTİ
Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paytaxtda arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti proqnozlaşdırılır. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt