Bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu haqda Məcra.az-a Şeyx Əbdül özü məlumat verib. O, səhhətinin heç cür düzəlmədiyini və buna yaşının da təsir etdiyini bildirib:
“Bronxlarımdakı problem düzəlmir. Xəstəxanada üç professor məni müalicə edirdi. Amma hər biri ayrı-ayrı diaqnoz qoydu. Sonra istədilər məni əməliyyat etsinlər. Amma istəmədim və professorlardan biri də əməliyyat olunmağıma qarşı çıxdı. Yaşlanmışam, qocalıq bu yandan, digər tərəfdən də Hacıbala Abutalıbovun mənə qarşı etdiyi özbaşınalığa görə çox əsəb keçirdim. İndi həmin əsəb və stresslərin nəticəsidir ki, canım ağrıyır”-deyə Şeyx Əbdül bildirib.
Səbinə Qürbətli