Azərbaycanda vəzifəli şəxs qəzada öldü, hamilə xanımı yaralandı – FOTOLAR

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az  AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar, fakt araşdırılır.

APA-nın məlumatına görə, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.

Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.

Fotoda Emin Məmmədov



Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt