Cəlilabadda mərkəzi küçələrdən birinə şəhid Baş leytenantın adı verildi-FOTOLAR

XƏBƏR XƏTTİ
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•

Cəlilabadın mərkəzi küçələrindən birinə baş leytenant, şəhid İlqar Zeynalovun adı verilib.

 

Məcra.z xəbər verir ki, avqustun 26-da İlqar Zeynalovun doğum günündə bununla bağlı tədbir keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqətdən danışıb, şəhid baş leytenant İlqar Zeynalovun döyüş yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər.

Şəhidin atası Natiq Zeynalov təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib, İlqar Zeynalovun vətənə, millətə olan sevgisindən danışıb.

Daha sonra Zopun kəndində şəhidin məzarı ziyarət olunub.

Qeyd edək ki, İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Report.az

 

 

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt