İtkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı – FOTO

XƏBƏR XƏTTİ
Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•

I Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

Mecra.az oxu.az-a itinadla xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb.

O, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirak edib və itkin düşmüş əsgər kimi qeydə alınıb.

2025-ci ilin fevral ayında Rusiyanın “Krasnoarmeets” adlı axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardıqları ekspedisiya zamanı səngərdə bir-birindən təxminən bir metr aralıda dörd sovet əsgərinin qalıqlarını aşkarlayıb. Onlardan birinin şəxsiyyətini müəyyənləşdirmək isə onunla birlikdə tapılan, üzərində “M.F.Xudaverdiyev” baş hərfləri və soyadı yazılmış metal qaşıq sayəsində mümkün olub.

Sonrakı arxiv araşdırmaları nəticəsində məlum olub ki, bu şəxs 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kənd sakini Məmməd Xudaverdiyevdir. O, 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılmış və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak etmişdi. Məmməd Xudaverdiyev 1943-cü il iyunun 1-də Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda aparılan döyüşlərdə itkin düşmüş hesab olunurdu.

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt