Sertifikatlaşdırma imtahanında unikal hadisə: Ana və qızı eyni gündə yüksək BAL TOPLADILAR

XƏBƏR XƏTTİ
Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanının növbəti mərhələsi başa çatıb. Sertifikatlaşdırma prosesinin beşinci günündə fizika fənni üzrə Şəki-Zaqatala regionu üzrə 518 müəllim imtahanlara qatılıb.

Mecra.az Bizim.media-ya istinadla xəbər verir ki, imtahana qatılan 518 müəllimin arasında Aynur Qədirova və onun qızı Leyla Yusifova da olublar.

Aynur Qədirova Şəkinin Dəhnə kənd tam orta məktəbin fizika müəlliməsidir və 30 ilə yaxındır ki, kənddə bu fənni tədris edir. Qızı Leyla isə müəllimlərin işə qəbulu imtahanlarından uğurla keçərək rayonun Turan qəsəbəsində çalışır. Onlar imtahana birlikdə qatılıblar.

Qeyd edək ki, Aynur Qədirova test imtahanında 56 bal, qızı isə 53 bal toplayıblar.

Regional təhsil idarəsindən bildirilib ki, imtahanlarda 60 sual təqdim edilir və hər düzgün sual bir balla cavablandırılır. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Xatırladaq ki, 30-50 arası bal toplayanlara maaşın 10 faizi, 51 və daha çox bal toplayanlara isə müsahibə mərhələsindən sonra maaşın 35 faizi qədər artım əlavə olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt