Avtobusun qarşısına qəfil çıxan piyada öldü – VİDEO

XƏBƏR XƏTTİ
Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

Mecra.az xəbər verir ki, bu barədə daşıyıcı şirkət məlumat yayıb.

Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıb.

Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.

Qəza anını əks etdirən görüntüləri təqdim edirik:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt