Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə HÖKM OXUNDU

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 21 yaşlı M.Həsənov Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Onun barəsindəki işə Abşeron Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, M.Həsənov orta məktəb şagirdi olan 14 yaşlı Gülbəniz (şərti adlı) ilə sosial şəbəkədə tanış olub və onu sevdiyini bildirib. Daha sonra onlar Abşeron rayonu Digah qəsəbəsi yaxınlığındakı qəbiristanlıqda görüşüblər. Burada M.Həsənov Gülbənizə qarşı müxtəlif əxlaqsız hərəkətlər edib.

Bundan bir müddət sonra isə M. Həsənov 9-cu sinif şagirdi olan yeniyetmə qızı şantaj etməyə başlayıb. O, görüş vaxtı Gülbənizlə birgə videosunu çəkdiyini və 100 manat verməyəcəyi təqdirdə həmin görüntüləri yayacağını deyib.

Çıxılmaz vəziyyətdə qalan qız məsələ barəsində polisə məlumat verib və M.Həsənovla görüş təyin edib. 2024-cü ilin dekabrında baş tutan həmin görüş zamanı M.Həsənov saxlanılıb.

Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə M.Həsənova 4 il 3 ay həbs cəzası verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt