Goranboyda minaya düşən şəxsin ayağı amputasiya edildi – Yenilənib

XƏBƏR XƏTTİ
18 yaşlı müştəri kafe sahibini bıçaqladı•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•18 yaşlı müştəri kafe sahibini bıçaqladı•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•

Goranboyda mina hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu Qaraçinar kəndinin yaxınlığında, Baranbat meşəsi ərazisində minaya düşüb.

İlkin məlumata görə, adıçəkilən şəxs ərazidə çobanlıq edirmiş.

Faktla bağlı araşdırma başlanılıb.

***

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri hadisə ilə bağlı məlumat yayıb:

“Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib.

Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”

***

31.05.2025-ci il tarixində saat 13:30 radələrində  minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt