Nasaz lift, qulaqlıq… – Yeniyetmənin ölümünə nə səbəb olub? – VİDEO

XƏBƏR XƏTTİ
ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•ABŞ Səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR•Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR-VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•

Xəbər verdiyimiz kimi, ötən gün Zabrat-2 stansiyasında 15 yaşlı yeniyetmə Nemət Hacıyev hərəkətdə olan qatarın qarşısına qəflətən çıxıb.

Mecra.az-ın məlumatına görə, bədbəxt hadisədən sonra yeniyetmə vəfat edib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Məlumata görə, sözügedən ərazidəki yolüstü keçidin lifti işləmədiyi üçün vətəndaşlar relslərin üzərindən keçirlər. Hətta, onlar “rahatlığ”a görə təhlükəsizlik məqsədilə yerləşdirilən dəmir qoruyuculardan özlərinə yol da açıblar.

Sakinlər deyir ki, ərazidə əvvəllər də belə hadisələr baş verib.

Yeniyetmənin ölümü ilə bağlı səslənən başqa bir iddia isə, hadisə zamanı onun qulaqlıqdan istifadə etməsidir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan dəmiryolları QSC bir daha vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt