Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirildi

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mecra.az xəbər verir ki, bu barədə DTX-nin Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi qiymətləndirib. Beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edib ki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib.

General-polkovnik Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsinin zəruriliyinə diqqət çəkib.

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirin keçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmət rəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd edib, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə edib.

Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlı çıxışlar edib, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyin təminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlar açacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlı sabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarını bildiriblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt