Prezident Çində belə qarşılandı – VİDEO

XƏBƏR XƏTTİ
Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

Mecra.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt