Məktəblini piyada keçidində maşın vurdu – Sürücü saxlanıldı+Yenilənib

XƏBƏR XƏTTİ
Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•İctimai nəqliyyatda YENİLİK: SABAHDAN…•Türkiyədə helikopter qəzaya uğradı – 4 hərbçi həlak oldu•Nəvəsinin andiçməsinə gedən Astara sakinin meyiti tapıldı•Əliyev-Paşinyan görüşü başa çatdı – VİDEO•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•

Qubada məktəblini maşın vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

Belə ki, “Ford Fusion” markalı avtomobil piyada keçidindən yolu keçmək istəyən məktəbli, 2014-cü il təvəllüdlü Teymurov İmran Rahib oğlunu vurub.

Sürücü Muradov Kənan Rauf oğlu məktəblini Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

***

APA-nın məlumatına görə, hadisəni törədən sürücü 31 yaşlı Muradov Kənan Rauf oğlu polisə təslim olub.

O, yaralını Quba rayon Mərkəzi Xəstəxanasına aparıb, daha sonra Quba Rayon Polis Şöbəsinə gələrək yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt