Bakıda qəbiristanlıqda qəribə hadisə – qardaşının qəbrində başqasını dəfn etdilər – VİDEO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Bakıda bayramla əlaqədər qardaşının məzarını ziyarətə gedən vətəndaş həmin qəbirdə başqa şəxsin dəfn edildiyini görüb.

Mecra.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığında baş verib. “Xəzərxəbər”ə danışan şikayətçi Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb.

O, qardaşının məzarında dəfn edilən şəxsin yaxınlarını da tapıb: “Onlar söz veriblər ki, nəşi çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilmədi”.

E.Sultanovun sözlərinə görə, həmin şəxslər ondan polisə də şikayət ediblər, onları narahat etdiyini iddia ediblər.

Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxs bildirib ki, yeni dəfn edilən mərhumun qohumları ona yerin onlara məxsus olduğunu bildiriblər.

Qarşı tərəfdən isə bildirilib ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilənin atasından razılıq alıblar. E.Sultanov isə belə bir razılaşmanın olmadığını deyir.

Daha ətraflı sujetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt