Bayram günlərində yağış yağacaq, temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

XƏBƏR XƏTTİ
Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR•Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR•Məşhur biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar•Prezident millət vəkilini təltif etdi – Sərəncam•“Məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz” – Tanınmış kardioloq – VİDEO•Biləsuvarda 26 yaşlı şəxs öldürüldü – Xalası oğlu şübhəlidir – FOTOLAR•Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR•Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR•Məşhur biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar•Prezident millət vəkilini təltif etdi – Sərəncam•“Məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz” – Tanınmış kardioloq – VİDEO•Biləsuvarda 26 yaşlı şəxs öldürüldü – Xalası oğlu şübhəlidir – FOTOLAR•

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt