5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

XƏBƏR XƏTTİ
Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR•Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR•Məşhur biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar•Prezident millət vəkilini təltif etdi – Sərəncam•“Məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz” – Tanınmış kardioloq – VİDEO•Biləsuvarda 26 yaşlı şəxs öldürüldü – Xalası oğlu şübhəlidir – FOTOLAR•Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR•Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR•Məşhur biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar•Prezident millət vəkilini təltif etdi – Sərəncam•“Məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz” – Tanınmış kardioloq – VİDEO•Biləsuvarda 26 yaşlı şəxs öldürüldü – Xalası oğlu şübhəlidir – FOTOLAR•

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.

Mecra.az xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir.

Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər Günü qeyd olunur.

Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Bu gözəl gün münasibətilə Azərbaycan müəllimlərini təbrik edir, savadlı, gözəl əxlaqlı tələbələri ilə öyünmələrini arzulayırıq! (Oxu.Az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt