Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR•Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR•Məşhur biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar•Prezident millət vəkilini təltif etdi – Sərəncam•“Məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz” – Tanınmış kardioloq – VİDEO•Biləsuvarda 26 yaşlı şəxs öldürüldü – Xalası oğlu şübhəlidir – FOTOLAR•Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR•Cəlilabadda şəhidlərin anım mərasimi keçirildi – FOTOLAR•Məşhur biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar•Prezident millət vəkilini təltif etdi – Sərəncam•“Məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz” – Tanınmış kardioloq – VİDEO•Biləsuvarda 26 yaşlı şəxs öldürüldü – Xalası oğlu şübhəlidir – FOTOLAR•

Cəlilabad rayon Göytəpə şəhərində 15 şəhidin anım mərasimi keçirilib.

Mecra.az xəbər verir ki, Komanlı inzibati dairəsinə daxil olan Komanlı, Böyük və kiçik Bəcirəvan, Rüstəmabad, Həziabad və Şıxlar kəndinin Birinci və İkinci Qarabağ savaşında şəhid olan hərbçilərinin anım mərasimi yüksək təntənə ilə qeyd olunub.

İş adamı, xeyriyyəçi Hacı İqbal Şərifovun maddi və mənəvi dəstəyi ilə baş tutan mərasimdə Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri, qazilər, yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Mərasimin açılışında dövlət himnimiz səsləndirilib. Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin valideynləri və digər şəhid valideynləri, qazilər və döyüşçülər çıxış ediblər.

İqbal Şərifov bildirib ki, bundan sonra hər il oktyabrın 4-də adı çəkilən sovetliyin şəhidlərinin anım mərasimi məhz onun təşəbbüsü ilə keçiriləcək. Daha sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Sonda isə Göytəpə qəbiristanlığında birinci Qarabağ müharibəsi zamanı şəhid olan iki naməlum şəhidin məzarı ziyarət edilib.Allah cəmi şəhidlərimizi rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt