Şəhid Marif Sariyevin anım günüdür

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Hər kəs həyata bir dəfə gəlir və hər kəs də Tanrı tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır. Rəzil, qorxaq, şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər . Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər ən uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir.

Belə mərd insanlardan biri də ölümü ilə çoxlu sayda insanların həyatını xilas edən Sarıyev Marif Əlmusa oğludur. Marif zahirən arıq , balacaboy olsa da əməli ilə ən yüksək zirvəyə çatdı.
Maarif Əlimusa oğlu Sarıyev 1980-cı il avqustun 19-u tarixində Qubalıbaloğlan kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. Subay idi.Marif 2000-ci ildə xidməti borcunu yerinə yetirmək üçün Fizuli rayonuna göndərildi. 2002-ci ildə fevral ayının 2-də xidməti vəzifəsini yerinə yetirərkən həlak oldu.Tağım komandirinin müavini olan çavuş Sarıyev özünü qumbaranın üstünə atmaqla yanında olan onlarla əsgərin həyatını xilas etdi.
Maarif ölümün üzünə dik baxdı.Ölümü ilə yenidən doğuldu və əbədi dünyaya şəhid kimi getdi.
Maarifin ölümü tək onun ailəsinin deyil, hamını çox sartsıtdı.Bircə təsəllimiz budur ki, Marif və Marif kimi igid oğullarımız həmişə qəlbimizdə yaşayacaqdır.
 
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt