Prezident mükafatına layiq görülən cəlilabadlı gənc: “Bu bizi gələcəyə ruhlandırır”

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Xəbər verdiyimiz kimi, bu gün bir qrup gəncə Prezident İlham Əliyev Sərəncamı ilə Prezident mükafatı verilib. 

“Azərbaycan müəllimi” həmin gənclərdən birinin – Nihat Abdullayevin təəssüratını öyrənib.

Nihatın sözlərinə görə, xəbəri böyük sevinc hissi ilə qarşılayıb:

“Prezident tərəfindən belə bir mükafata layiq görülmə böyük qürur hissidir. Dövlət başçısının etimadı, texnologiya, süni intellekt və sahibkarlıq fəaliyyətimizi təqdir etməsi bizi gələcəyə daha da ruhlandırır və ölkəmizi beynəlxalq arenalarda daha yüksək səviyyədə təmsil etməyimizə güc verir. Prezidentə bizə göstərdiyi etimada görə təşəkkür edir, bundan sonra da texnoloji layihələrimiz, hazırda üzərində çalışdığımız süni intellekt əsaslı, ağıllı oyuncaq layihəsi olan “SamSam”la bayrağımızı zirvələrə qaldırmağa tam güclə çalışacağıq”.

Qeyd edək ki, Nihat Abdullayev 2003-cü ildə Cəlilabad rayonunda doğulub. 2009-cu ildə bu rayonun Nizami Gəncəvi adına 1 saylı orta məktəbində 1-ci sinfə gedib. 2015-ci ildən təhsilini Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-məktəb-lisey kompleksində davam etdirib. 2020-ci ildə ADA Universitetinə qəbul olub. Hazırda həmin universitetin 5-cü kursunda təhsil alır.

Azərbaycanı beynəlxalq texnologiya və startap müsabiqələrində təmsil edərək ölkəmizi qlobal arenada birinci yerə çıxarıb, müxtəlif beynəlxalq çempionatların qalibi olub.

Eyni zamanda, ölkədə ilk süni intellekt üzrə tədqiqat xidmətləri təklif edən “AI HUB”ın həmtəsisçisidir. KAIST Universitetinin “Scalable Computer Vision Lab” laboratoriyasında çalışıb. Bir sıra elmi məqalələrin həmmüəllifi olan Nihat həm də uşaqlar üçün süni intellekt ilə işləyən ağıllı oyuncaq – “Samsam” startap layihəsinin həmtəsisçisi və texnologiya direktorudur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt