“Bəyaz” şadlıq sarayında saxta içkilər verilirmiş – FOTOLAR

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Daha bir şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb. 

AQTA-dan Mecra.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.

Fiziki şəxs Zahirova Elnarə Seyidəhməd qızına məxsus müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Belə ki, qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.

Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb. Sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən saxta, istifadəyə yararsız məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.



Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt