2025-ə rektorsuz girən universitetlər – Yeni təyinatlar gözlənilir

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Azərbaycanda azı 5 ali təhsil müəssisəsi 2025-ci ilə rektoru olmadan daxil olub.

Mecra.az modern.az-a istinadən xəbər verir ki, bir sıra universtet və akademiyaların rektorları və rəisləri müxtəlif səbəblərdən vəzifələrindən azad edilib və yerlərinə təyinat olmayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərova həvalə olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Qeyd edək ki, sözügedən ali təhsil müəssisələrində rektorun səlahiyyətlərini prorektorlar, rəis müavinləri icra edir.

2025-ci ildə rəhbərliyi olmayan universitetlərin hamısına rektor təyin ediləcəyi gözlənilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt