Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.
Bildirilib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək.
Səfər çərçivəsində iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək.
Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.