Bakıda sərnişin avtobusu TIR-la toqquşdu – Ölən var + VİDEO

XƏBƏR XƏTTİ
Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Ərdoğan sabah Qarabağa gəlir•“Bir də görürdüm elə universitetin həyətindədir” – Polad Həşimovun ailəsindən reportaj•Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən – VİDEO•“Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – VİDEO•Deputat Sevinc Hüseynovaya ağır itki•Azərbaycanda “xruşşovka”ların sökülməsinə hazırlıq gedir? – FOTO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•

Bakı şəhər Qaradağ rayonunda “BakuBus” avtobusu ağır qəza törədib.

Bu haqda “Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib.

O qeyd edib ki, hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.

“99 JZ 185 nömrəli “BakuBus” avtobusu yolun kənarında durmuş Tacikistanın 77 FF 02 nömrəli “Volvo Tır” markalı avtomobili ilə toqquşub. İlkin məlumata görə, “BakuBus”un sərnişinlərindən biri həyatını itirib”, – deyə E.Hacıyev bildirib.

***

AYNA qəza ilə bağlı açıqlama yayıb.

“Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

 




Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt