“İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyibmiş… – VİDEO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

“Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 11 günlük axtarışlardan sonra bu gün meyiti tapılan 13 yaşlı Saray Kərimlinin nənəsi Aişə Kərimova söyləyib.

“Yolda məktəbdə işləyən xadimə ona “gəl birlikdə gedək” desə də, Saray “sən get, mənim işim var, adam gözləyirəm” deyib. Sonra gözlədiyi qıza “İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” deyib. Aralarında nə baş verdiyini bilmirəm. Dekabrın 4-ü də ad günü idi, anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi”, – mərhumun nənəsi əlavə edib.

Xatırladaq ki, 2024-cü il dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində batan 13 yaşlı Saray Kərimlinin meyiti yanvarın 2-si batdığı yerdən təqribən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonu Söyüdlər kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. FHN-in Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Daha ətraflı videomaterialda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt