Tanınmış aktyor saxlanıldı – FOTO

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Həsənağa Məmmədov tanınmış aktyordur və Azərbaycanda istehsal edilən bir çox serial və filmdə iştirak edib. O, daha çox Həsən Ağa adı ilə tanınır. 

 




Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt