Biləsuvarda toya və yasa gedənlərin avtomobilləri toqquşdu – Ölənlər var – Foto -Yenilənib

Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, yolun Arazbari kəndindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri hadisə yerində vəfat edib.

Yaralılardan biri (qadın) yerləşdirildiyi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

***

Bildirilir ki, toqquşan avtomobillərdən “VAZ 2107”də olanlar Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir. Onlar Salyana yas mərasiminə gedirmiş.

“Opel” markalı avtomobildə olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gedirmiş.

***

Son məlumata görə, 5 yaralı Cəbrayıl Rayon Xəstəxanasına yerləşdirilib.

 




👁 baxış