Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.
Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.
Qoşqar Sadıqov Qroznıda çalışırmış.
***
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.
Mecra.az “Report”-a istinadla xəbər verir ki, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.
Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.
Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
👁 baxış
