Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

XƏBƏR XƏTTİ
Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Mecra.az “Qafqazinfo”-ya  istinadla xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

Polisdə aparılan istintaqla ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı bir neçə nəfər saxlanılıb.

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt