Etibar Sadıqov təqaüdə GÖNDƏRİLDİ

XƏBƏR XƏTTİ
Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov təqaüdə göndərilib.

Mecra.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu münasibətlə keçirilən tədbirdə Etibar Sadıqovu peşə təhsili sahəsində uzun illər ərzində göstərdiyi xidmət və gənclərin inkişafına verdiyi misilsiz töhfələrə görə təşəkkürnamə ilə təltif edib.

E.Sadığov yetişdirilməsində xüsusi əməyi olan hər bir gəncin uğuruna doğma münasibət göstərdiyini dilə gətirib. E.Sadıqov bu məsuliyyətli vəzifəni icra etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. Agentliyin direktoruna xüsusi qayğı üçün təşəkkür edib və bundan sonra da öz zəngin təcrübəsini peşə təhsili sahəsindəki inkişaf üçün əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Etibar Sadıqov 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Onun rəhbərliyi dövründə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrin peşəkar hazırlığı istiqamətində böyük nailiyyətlərə imza atıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt