Bu rayonda işıq OLMAYACAQ

XƏBƏR XƏTTİ
Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•

Bu gün Astara rayonunun bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Mecra.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə 35 kV-luq “Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar dekabrın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan saat 16:30-dək Kijəbə, Ərçivan qəsəbələri, Lovain, Pensər, Səncərədi, Qapıçıməhəllə, Çayoba, Şahağac, Siyaku, Şiyəkəran, Hamoşam kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və budama işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt