Meyiti tapılan bloqeri kim əməliyyat edib? – Baş həkim danışdı – FOTO

XƏBƏR XƏTTİ
Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•

Xəbər verdiyimiz kimi, dekabrın 18-nə keçən gecə saat 03 radələrində paytaxtın Xətai rayonu Xocalı prospekti 25 ünvanındakı idman kompleksinin həyətində 23 yaşlı Nərmin Bəylər qızı İsgəndərovanın meyiti tapılıb.

Mecra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bloqer fəaliyyəti göstərən Nərminin bir neçə gün əvvəl estetik əməliyyat keçirməsi və bu səbəbdən həyatını itirməsi iddia edilib. Mətbuatda yer alan məlumatlarda əməliyyatı “Mərcan Medicare” klinikasında müvafiq lisenziyası və təcrübəsi olmayan Nurlan Həsənli tərəfindən edildiyi qeyd olunub.

Klinikanın baş həkimi Araz Ağayev isə oxu.az saytına açıqlamasında əməliyyatın 1 ay əvvəl baş tutduğunu deyib: “2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib”.

Fotoda Araz Ağayev

A.Ağayev əlavə edib ki, sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib: “Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir”.

Baş həkim əməliyyata görə 5 min manat ödənilməsi iddiasını da təkzib edib və N.İsgəndərovanın ondan xeyli aşağı məbləğə əməliyyat edildiyini deyib.

Fotoda Nurlan Həsənli

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt