Xırdalanda müəllim direktoru məhkəməyə verdi – FOTO

XƏBƏR XƏTTİ
İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•

Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Mecra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.

Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.

Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.

Fotoda: Vəfa Həziyeva

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt