Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib – VİDEO

XƏBƏR XƏTTİ
Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•

Bakıda mühafizəçinin stomatoloq adı ilə xəstənin 11 dişini çəkdiyi iddia edilir.

Mecra.az xezerxeber.az-a istinadla xəbər verir ki, paytaxt sakini Elnarə Məhərrəmova iddia edir ki, dişlərini müalicə etdirmək üçün sosial şəbəkə vasitəsilə tapdığı həkimə müraciət edib. Dediyinə görə, o, əvvəlcə həmin həkim tərəfindən dişlərinin rentgen olunması üçün başqa klinikaya yönləndirilib. Daha sonra “Dent House” klinikasında özünü həkim olaraq təqdim edən, əslində isə Bakıda zavodların birində mühafizəçi olaraq çalışan və Fərid Əşrəfli adı ilə fəaliyyət göstərən Fərahim Quliyev xəstənin dişlərinə implant qoymaq üçün ilk olaraq sağlam 5 dişini çəkib və ümumilikdə 11 dişin hər biri üçün əvvəlcədən 1500 manat implant pulu tələb edib.

Zərərçəkən Elnarə Məhərrəmova onu da iddia edir ki, Fərid Əşrəfli daha sonra “Dental Klinika”da fəliyyətə başladığını bildirib və onu ora dəvət edib. Şikayətçinin dediyinə görə, həkim ondan ümumilikdə 3 min manat pul alıb.

Zərərçəkən məsələ ilə bağlı əvvəlcə Nərimanov Rayon Prokurorluğuna, daha sonra isə Bakı Şəhər Prokurorluğuna müraciət edib, araşdırma aparılır.

Səsləndirilən iddialarla bağlı “Dent House” klinikası ilə əlaqə saxlamağa çalışsaq da, açıqlama verməkdən imtina edildi.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt