Buzovna və Maştağanı su basdı: “Nəvəmi belimdə məktəbə aparıram” – VİDEO

XƏBƏR XƏTTİ
Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•

Bakının Buzovna və Maştağa qəsəbələrini su basıb.

Mecra.az  “Xəzər TV”yə istinadən xəbər verir ki, hər iki qəsəbənin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından şikayətçidirlər.

Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxılmadığını bildiriblər.

“Hər dəfə yağış yağanda küçələri su basır. Küçəni maşınla keçməyə ehtiyat edirik. Hətta bəzi maşınlar suyun dərinliyindən ehtiyat edib geri qayıdır. Vallah, aidiyyəti qurumlara demişik, baxan yoxdur. Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram”, – vətəndaşlar bildirib.

Sakinlərdən biri deyib ki, yağış suları səbəbindən evinə 15 min manat ziyan dəyib:

“Evimiz təzə təmirdən çıxıb. 15 min mənə, 20 min manat xalamgilə ziyan dəyib”.

Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, intensiv yağış qurunt sularının qalxmasına, subasma dinamikasının artmasına səbəb olub. Hazırda suların çəkilməsi istiqamətində işlər aparılır.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə verilən açıqlamada deyilib ki, problemə səbəb mövcud ərazidə kanalizasiya sistemi olmamasıdır.

Ətraflı videomaterialda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt