Yağış yağacaq, şimşək çaxacaq – Sabahın HAVASI

XƏBƏR XƏTTİ
Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR•Prezident xalqa müraciət edir – Video – Fotolar•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR•Prezident xalqa müraciət edir – Video – Fotolar•

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Məcra.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt