İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Məcra.az xəbər verir ki, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1990–2006-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt