Prezident İsrailin nazirini qəbul etdi

XƏBƏR XƏTTİ
Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•“Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb”•

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

Məcra.az xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulandı, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edildi.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt