“Maliyyə naziri hörmətli Samir Şərifovun burada olmasından istifadə edərək, Lerik rayonunun qazlaşdırılmayan kəndlərinin qazlaşdırılması məsələsini qaldırmaq istəyirəm”.
Məcra.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Lerikin 101 kəndi qazlaşdırılmayıb:
“2006-cı ildə Lerik rayonuna ilk dəfə qaz çəkilib, Lerik şəhəri qazlaşdırılıb. Sonrakı illərdə hər il 5-6, bəzi illərdə 10-13 kəndin qazlaşdırılması həyata keçirilib. Lakin son illərdə Lerik kəndlərinin qazlaşdırılması intensivliyi hər il bir kənd səviyyəsinə qədər aşağı düşüb. Hazırda Lerik rayonunun 162 yaşayış məntəqəsindən 61-i qazlaşdırılıb, 101-i qazlaşdırılmayıb.”
Maliyyə naziri Samir Şərifova müraciət edərək, Lerik rayonunun qazlaşdırılmayan kəndlərinin qazlaşdırrılması məsələsinə diqqət ayırmağı xahiş edirəm.
Nazir rayonun qazlaşdırılması məsələsini diqqətdə saxlayacağına və həllinə çalışacağına söz verib.