Bələdiyyələrin büdcədən alacaqları vəsait AÇIQLANDI

XƏBƏR XƏTTİ
Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•

Azərbaycanda gələn il dövlət büdcəsindən bələdiyyələrə 13,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Məcra.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 7,5 milyon manatı bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya kimi nəzərdə tutulub.

“Bələdiyyələrin məqsədli xərcləri üçün 1,6 milyon manat məbləğində subvensiya, bələdiyyələrin sərəncamında olan su təchizatı qurğularının istismarı və xidmətləri ilə bağlı xərclər üçün isə 4,4 milyon manat subsidiya nəzərdə tutulub”, – deyə nazir qeyd edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt