Oqtay Şirəliyevin tibb müəssisəsi CƏRİMƏLƏNDİ

XƏBƏR XƏTTİ
Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•

“Respublika Diaqnostika Mərkəzi” ASC gömrük qaydalarını pozduğuna görə cərimələnib.

Məcra.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 415 min 646 manat nizamnamə kapitalına malik olan tibb müəssisəsinin qanuni təmsilçisi sabiq səhiyyə naziri Oqtay Şirəliyevdir.

Məlumata görə, Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə “Respublika Diaqnostika Mərkəzi”nin direktoru olub. O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb (iqtisadiyyat.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt