“Hədə-qorxu ilə ailə qurmuşam, uşaq məndən deyil” – VİDEO

XƏBƏR XƏTTİ
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•“Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır”•Xankəndidəki Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılır•

10 yaşına qədər uşaq evində böyüyən şəxs həyat yoldaşından boşandığı vaxtdan bəri problemlə üz-üzə qalıb.

Belə ki, İslam Piriyev deyir ki, 2012-ci ildə ailə həyatı qurub. İddiasına görə, evləndiyi günün səhərisi həyat yoldaşının səhhətində problem yaranıb və onu xəstəxanaya aparıb. Həkimlər isə ona “təbrik edirik, həyat yoldaşın hamilədir” deyiblər.

Məcra.az bildirir ki, onun sözlərinə görə həyat yoldaşının qohum-əqrəbasının hədə-qorxusundan ehtiyat edib və 1 il evli qalıb, sonra boşanıb. Üstündən illər keçib, 1 il əvvəl isə xəbər tutub ki, ona aliment kəsilib.

Oxuma-yazma bilməyən İslam başına gələnləri də savadsızlığı ilə əlaqələndirir.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, bu halda şəxs atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.

Ş.Paşayev deyib ki, həmin şəxsin ata olmadığı ekspertiza vasitəsilə müəyyənləşərsə, o zaman indiyədək ödədiyi alimentin aidiyyəti qaydada anadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt