70 yaşdan yuxarı insanlara kredit niyə verilmir?

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

“Təkcə Azərbaycanda deyil, xarici ölkələrin də əksəriyyətində 70 yaşdan yuxarı olan vətəndaşlara kredit verilmir”.

Məcra.az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların 70 yaşdan yuxarı vətəndaşlara kredit verməməsinin səbəblərindən danışarkən deyib.

Əkrəm Həsənov bank və bank təşkilatlarının müəyyən statistikasının olduğunu vurğulayıb:

“Bəzi vətəndaşlar götürdüyü kreditləri qayıtmır, banka problem yaradır. Ola bilsin ki, hansısa bank 70 yaşdan yuxarı insanlara kredit verir, amma bildiyim odur ki, Azərbaycanda əksəriyyət bank 70 yaşdan yuxarı olanlara kredit vermir. Ona görə ki, yaşı 70-dən yuxarı olan insanın ölmək ehtimalı daha böyükdür”.

Əkrəm Həsənov bildirib ki, kredit vətəndaşın aylıq maaşına, yaxud da gəlirinə görə ayrılır:

“Əgər kredit həmin şəxsin pensiyasına görə hesablanırsa, onda 70 yaşdan yuxarı olan vətəndaşa kredit vermirlər. Çünki həmin şəxs ölsə, pensiya kəsiləcək. Bəs alınan krediti kim qaytaracaq? Düzdür, yaranan hər bir insan ölür, amma yaşlı insanlarda bu ehtimal yüksəkdir. Buna görə də yaxşı maaş alan, yaxud da zamin varsa, girov qoyacaqsa, istəlinən bank bu şəxslərə kredit verəcək. Sabah həmin vətəndaş vəfat etsə də, krediti zamindən alacaqlar” (qaynarinfo.az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt