İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Xalq artisti Nurəddin Mehdixanlını və Əməkdar artist Yusif Mustafayevi qəbul edib.

Mecra.az xəbər verir ki, görüş zamanı Rafiq Cəlilov Xalq artisti Nurəddin Mehdixanlını teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və 70 illik yubileyi münasibətilə, Əməkdar artist Yusif Mustafayevi isə rayonun mədəni-ictimai həyatında fəal iştirakına və milli musiqi sənətinin təbliğindəki xidmətlərinə görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edib. Hər iki sənətkara xatirə hədiyyələri təqdim olunub.Söhbət zamanı Rafiq Cəlilov sənətkarların Azərbaycan mədəniyyətinin inkişafına verdikləri töhfələri, uzunillik səmərəli yaradıcılıq fəaliyyətlərini, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği istiqamətində xidmətlərini yüksək qiymətləndirib.

Rayon rəhbəri Nurəddin Mehdixanlının teatr və kino sənətinin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm xidmətlər göstərdiyini qeyd edib.

Həmçinin Yusif Mustafayevin yüksək ifaçılıq məharəti və səmərəli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan musiqi sənətinə verdiyi töhfələri xüsusi vurğulayıb. Rafiq Cəlilov sənətkarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt